AZ

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz Asiyanın ən iri kitab platformalarından biri olan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Yenisabah.az xəbər verir ki, Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. 

Sərginin fəxri qonaq ölkəsi Malayziyadır.

İyunun 17-də baş tutan rəsmi açılış mərasimində Azərbaycan nəşriyyat nümayəndələri və tanınmış yazarların daxil olduğu geniş heyətlə iştirak edir. 

Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.

Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
1
10
yenisabah.az

10Mənbələr