“ABŞ Prezidenti Donald Tramp İranın möhkəmləndirilmiş obyektlərinə mümkün hava zərbəsi planının uğurla nəticələnəcəyinə dair şübhələrə malikdir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp administrasiyasının mənbələri bildiriblər ki, prezident yardımçılarından planın effektivliyinə dair ətraflı məlumat almağa çalışır. Tramp əmin olmaq istəyir ki, mümkün hücum həqiqətən zəruridir, ABŞ-ı növbəti uzunmüddətli Yaxın Şərq münaqişəsinə sürükləməyəcək və əsas hədəfə – İranın nüvə proqramının məhv edilməsinə nail olacaq.
“Biz İrana zərbə endirməyə hazırıq. Amma hələ də bunun zəruri olub-olmadığına əmin deyilik”, – deyə administrasiya daxilindəki mənbə bildirib.
Trampın tərəddüdünə səbəb olan digər bir məqam isə ABŞ-ın “Massive Ordnance Penetrator” (MOP) adlı dərin zərbəli bombalarının İranın ən qorunan obyektlərindən biri sayılan Fordo nüvə kompleksini məhv etməyə yetərli olub-olmayacağı ilə bağlı şübhələrdir.
Qeyd olunur ki, MOP bombaları inkişaf mərhələsində bir neçə sınaqdan keçsə də, indiyədək döyüş şəraitində istifadə olunmayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta