
Almaniya, Fransa və İngiltərə xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində İran xarici işlər naziri ilə görüşmək istədikləri bildirilib.
Almaniya Mətbuat Agentliyi (DPA) Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri sabah Cenevrədə İranın xarici işlər naziri Abbas Erakçi ilə görüşmək istəyirlər.
Almaniyanın xarici işlər naziri Johann Wadephul Berlində verdiyi açıqlamada bazar ertəsi Erakçiyə fransalı həmkarı Jean-Noel Barrot, britaniyalı həmkarı David Lammy və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə telefonla danışıq təklifi etdiyini açıqlayıb.