
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, şair, publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.
Reyting.az xəbər verir ki, Ramiz Duyğun uzun sürən xəstəlikdən sonra iyunun 19-da 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ramiz Məmməd oğlu Məlikov 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olub.
N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) işləyib.
Ehtiyatda olan tibb xidməti polkovniki, "Hünər" televiziya verilişinin müəlliflərindən biri və aparıcısı olub.
R. Duyğunun "Vətən kimi şirin", "Vətən beşiyim mənim", "Göy üzü damar-damar" kimi şeir kitablarının müəllifidir.
Allah rəhmət eləsin!