AZ

Keçmişdə zibilə atılırdı, indi kilosu 300 manata satılır

Əvvəllər arıçılar üçün heç bir dəyəri olmayan və zibilə atılan arı çörəyi, bu gün həm faydalı, həm də baha məhsula çevrilib.

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, arılar çiçəklərdən və bitkilərdən topladıqları çiçək tozlarını (poleni) yuvalarına (kovanlarına) gətirir və bu tozları ağızlarından çıxan xüsusi təbii maye (enzim) ilə qarışdıraraq arı çörəyi adlanan yüksək qidalı məhsulu hazırlayırlar.

Bu məhsul sağlamlıq üçün olduqca faydalıdır.

Arıçılar bildirir ki, bir çay qaşığı arı çörəyi, tərkibində olan zülal baxımından təxminən 1 kiloqram ətə bərabərdir. Bu səbəbdən arı çörəyi həm pəhriz saxlayan şəxslər, həm də uşaqların fiziki inkişafı üçün tövsiyə olunur. Bəzi xəstəliklərə, məsələn, ağciyər problemləri, oynaq ağrıları, prostat kimi hallara qarşı faydalı olduğu deyilir. Hazırda arı çörəyinin 1 kiloqramı təxminən 3.000 türk lirəsi – yəni təxminən 300 manat dəyərində satılır.

25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki:

"Arı çörəyi əvvəllər zibilə atılırdı, amma son illərdə çox dəyərli bir məhsula çevrilib. İndi yerli arıçılar bu məhsulu özləri istehsal edir. Arılar çiçəklərdən topladıqları poleni yuvalarına gətirir, öz bədənlərində hazırladıqları təbii maye ilə qarışdıraraq bu güclü qidanı hazırlayırlar.

Tərkibində 22-dən çox amin turşusu var və zülalla olduqca zəngindir. Müxtəlif çiçəklərdən hazırlandığı üçün çox şəfalı bir məhsuldur". (Sonxeber.az)

Bizim.Media 

Seçilən
4
3
bizim.media

4Mənbələr