ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə bir neçə dəfə zərbə endirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb.
Bildirilir ki, yalnız ABŞ-da 90 metr dərinlikdə yerləşən Fordo obyektini məhv edə biləcək ağır bomba var. Ancaq ABŞ bunker əleyhinə bombalarını İsrailə ötürə də bilər və bunun üçün imkanlar nəzərdən keçirilir.