AZ

Dünya çempionatı: Fərdi yarışda Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

BAKI. 19 iyun. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın fərdi yarışda son təmsilçisi Uşangi Kokauri mübarizə aparacaq.

Teleqraf xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 33 yaşlı idmançının ilk görüşü 1/32 finala təsadüf edəcək.

O, serbiyalı İqor Vraçarla üz-üzə gələcək. Qələbə təqdirində, Kokauri 1/16 finalda kubalı Andi Qranda ilə qarşılaşacaq.

Dünya çempionatı
19 iyun
+100 kq

1/32 final. Uşangi Kokauri - İqor Vraçar (Serbiya)

Qeyd edək ki, indiyədək dünya çempionatında Azərbaycan cüdoçularından 3-ü - Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb, Rəşid Məmmədəliyev (73 kq) isə 7-ci yerlə kifayətlənib.

İyunun 20-də qarışıq komandalar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan yığması 1/8 finalda Almaniya ilə üz-üzə gələcək.

Seçilən
2
teleqraf.com

1Mənbələr