ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin yeni nəsil kosmik pilotlu "Mençjou" (Arzu qayığı) gəmisini uğurla sınaqdan keçirib. Çinin yeni nəsil pilotlu kosmik gəmisi sıfır hündürlükdə sınaq uçuşunu maneə olmadan stabil qaydada başa vurub.Reyting.az xəbər verir ki, çinli mütəxəssislərin fikrincə, bu sınaq yaxın gələcəkdə astronavtların, digər şəxslərin və xüsusilə də tədqiqatçıların göndərilməsi planlaşdırılan Ay uçuşu ilə bağlı layihənin həyata keçirilməsi üçün çox mühüm addımdır.Kosmik gəminin sınaqları Çinin Ciuquan adlı peyk buraxılış mərkəzində olub. Kombinə edilmiş sistem (kapsullu kosmik gəmi), həmçinin bərk yanacaqla işləyən mühərriklərdən istifadə etməklə, bu yeni gəmi havaya qalxandan 20 saniyə sonra təyin olunmuş yüksəkliyə çata bilib. Belə bir uğurlu uçuşu başa vurub geri dönən kapsul isə paraşüt sistemindən istifadə etməklə, ayrılıb və tam dəqiqliklə təyin olunmuş əraziyə enib.Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.