Şəkər qiymətləri dörd ilin minimumuna enib.
Publika.az xəbər verir ki, London Qitələrarası Birjasında (ICE) iyul ayı xam şəkər fyuçerslərinin (rafinə edilməmiş şəkər) qiyməti 1,6% ucuzlaşıb.
Ticarət məlumatlarına görə, qiymət enişindən sonra şəkərin hər funtu (0,4 kq) 0,1582 dollara başa gəlib.
Bu, 14 aprel 2021-ci ildən bəri ən aşağı göstəricidir.
Cari ildə martın 17-dən indiyə kimi şəkərin qiyməti 21% ucuzlaşıb. Təkcə bu ayın əvvəlindən 7,2% ucuzlaşma qeydə alınıb.
Qeyd olunur ki, qiymətlərin enməsi məhsulun ən böyük istehsalçıları və ixracatçıları olan Hindistan ilə Taylandın tədarükləri artıracağına dair proqnozlarla bağlıdır.