AZ

400 bal toplayan Fidanı tanıyaq - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyunun 1-də keçirilmiş qəbul imtahanının nəticəsinə əsasən 7 nəfər ən yüksək nəticə (400 bal) göstərib.

Redaktor.az xəbər verir ki, həmin abituriyentlərdən biri də IV ixtisas qrupu üzrə imtahan verən Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Fidan Ayaz qızı Əliyevadır.

"11b sinif şagirdi Fidan Əliyeva blok imtahanında 400 bal toplayaraq böyük uğura imza atdı. Bu əla nəticəyə görə onu ürəkdən təbrik edir, gələcək imtahanlarda da uğurlar arzulayırıq!", - deyə liseyin sosial şəbəkə hesabında paylaşılan təbrikdə deyilir.

Turan İSMAYIL

2
Seçilən
9
1
redaktor.az

2Mənbələr