16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.


Rekord.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.


Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.


U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.