AZ

ABŞ-nin "Qiyamət günü təyyarəsi" HHQ-nin Vaşinqton yaxınlığındakı bazasına enib

ABŞ-nin “Qiyamət günü Təyyarəsi” kimi tanınan “E-4B Nightwatch” hava gəmisi İran-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Luizianadan Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələrinin bazasına uçub.

“Report” xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

Məlumata görə, nüvə hücumu halında ölkənin yüksək rəhbərliyinin komandanlıq postunun yerləşəcəyi təyyarə Bossyer Sitidən Virciniya və Şimali Karolina ştatları üzərindən uçub və Endryus hava bazasına enib.

Qeyd edək ki, “Nightwatch” havada yanacaqla doldurulmaqla bir həftə uçuşda qala bilir. Təyyarənin bütün avadanlıqları nüvə partlayışının zərərli təsirlərindən qorunur. Belə təyyarədən ABŞ-nin 43-cü Prezidenti Corc Buş 2001-ci il 11 sentyabr terror aktları zamanı istifadə edib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələri 1970-ci illərdə xidmətə qəbul edilmiş və istismar müddəti 2030-cu illərdə sona çatacaq dörd ədəd E4B təyyarəsinə sahibdir.

Seçilən
13
1
report.az

2Mənbələr