AZ

“106 uşağım var…” –"Telegram" ın sahibi Durovdan maraqlı etiraf

“Telegram” ın sahibi Durovun 106 uşağı var.

AzPost bildirir ki, o bu barədə “Le Point”-ə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, altı uşağı üç qadından rəsmi nikahla övladıdır. Yüzdən çoxu isə müxtəlif ölkələrdə sperma donorluğu yolu ilə dünyaya gəlib.

Onların hamısı onun varisləri olacaq. Telegram-ın təsisçisi vəsiyyətin istisnasız olaraq bütün uşaqları əhatə etdiyini təsdiqləyib.

Durov deyib ki, Telegram-da pul qazanmır. Müsahibədə onun bütün sərvətinin Bitcoin-ə sərmayələrdən qaynaqlandığını söyləyib. O, həmçinin messencerin 2 milyard dollar borcunun olduğunu da bildirib.

AzPost.az

Seçilən
21
1
azpost.info

2Mənbələr