Klublararası dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, hazırda davam edən "Real Madrid" - "Əl Hilal" matçında hesabı "Kral klubu" açıb. Gənc futbolçu Qonzalo Qarsiya Rodriqonun ötürməsini qola çevirib. Bu, "Real"ın Xabi Alonsonun baş məşqçiliyi altında ilk qolu olub.

Səudiyyə Ərəbistanı klubunun bərabərlik qolunu isə Ruben Neves penalti zərbəsindən vurub. 

Qolların videosunu təqdim edirik: