AZ

İran İsrailə məxsus daha bir “F-35” qırıcısını vurduğunu bəyan etdi

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqindəki Vəramin şəhəri üzərində İsrailə məxsus F-35 qırıcısını vurub.

Bunu İranın İRNA agentliyinə istinadən şəhər rəsmisi Hüseyn Abbasi bildirib. İran tərəfinin bildirdiyinə görə, bu, münaqişənin kəskinləşməsi başlayandan bəri İsrail Hərbi Hava Qüvvələrinə məxsus beşinci F-35-dir.
Xatırladaq ki, iyunun 13-də İsrail “Şir kimi millət” əməliyyatına başlayıb və məqsədinin İranın nüvə proqramını məhv etmək olduğu bildirilir.

Hava hücumları nəticəsində İran hakimiyyətinin məlumatına görə, 200-dən çox insan həlak olub. İran mediası sonuncu dəfə iki gün əvvəl, iyunun 16-da İsrailə məxsus F-35 qırıcısının vurulması ilə bağlı xəbər yayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr