AZ

U-16 millimizdə Tunarı Fəqan əvəzlədi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) heyətində dəyişiklik edilib.

Arena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Tunar Əsgərzadənin əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

Xatırladaq ki, Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Seçilən
9
arena.az

1Mənbələr