AZ

Dünya çempionatı: “Mançester Siti” qələbə ilə başladı

BAKI, 18 iyun. TELEQRAF

Klublararası dünya çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, G qrupunda “Mançester Siti” 2:0 hesabı ilə Mərakeşin “Vidad” klubuna qalib gəlib.

Oyunda hesabı ikinci dəqiqədə Filip Foden hesabı açıb, 42-ci dəqiqədə "şəhərlilər"dən Jeremi Doku fəqlənib.

Qarşılaşmanın 88-ci dəqiqədə “Mançester Siti”nin müdafiəçisi Riko Lyuis meydandan qovulub.

Qrupda keçiriləcək ilk turun digər oyunda iyunun 19-da Bakı vaxtı ilə saat 05:00-də "Əl-Ayn"la (BƏƏ) "Yuventus" (İtaliya) qarşılaşcaq.

Seçilən
7
teleqraf.com

1Mənbələr