AZ

Xırdalanda yük avtomobilinin sayğacı qırması abonenti qazsız qoyubVİDEO

Yük avtomobilinin sayğacı qırması nəticəsində abonent 1 aya yaxındır qazsız qalıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Abşeronda baş verib.

Xırdalanda yaşayan İdayət Paşayev deyir ki, sayğacı zədələyən yük maşınının sürücüsü indi məsuliyyətdən boyun qaçırır.

Hadisə zamanı hadisəni törədən tərəfin məsuliyyəti dəqiq müəyyənləşdirilib. Hətta məsələ ilə bağlı Dövlət Yol Polisi əməkdaşları rəsmi sənəd də tərtib ediblər. Lakin bütün bu prosedurlar problemin həllinə yox, sadəcə "sənədləşdirilməsinə" xidmət edib.

Sakin bir aydan çoxdur ki, evində təbii qazdan istifadə edə bilmir. Bu müddət ərzində müvafiq qurumlar tərəfindən texniki dəstək də göstərilməyib. Vətəndaşa bildirilib ki, "ASAN Kommunal" vasitəsilə yeni sayğac üçün müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr