AZ

Roliklə nəqliyyat vasitələrinin arası ilə şütüyən gəncləri hansı cəza gözləyir?VİDEO

Bir-birinin ardınca gələn şəxslər sanki sürət yarışına çıxıblar.

Xezerxeber.az xəbər verir ki, rolik ilə hərəkətin intensiv olduğu yolda nəqliyyat vasitələrinin arası ilə şütüyən bu gənclər, Nəqliyyatı İntellektual İdarəetmə mərkəzinin kameralarına düşüblər.

Kadrlardan aydın olur ki, havanın qaranlıq vaxtında bu gənclər özləri ilə yanaşı, sürücülər üçün də real təhlükə yaradıblar.

Kameralara düşən görüntülərdə aydın görünür ki, həmin şəxslər kilometrlərlə yolun hərəkət hissəsində, işıq əks etdirici geyim olmadan, təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq hərəkət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr