AZ

Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib

Bakı. Trend:

Müəllifləri və hüquq sahiblərini maraqlandıran məsələlərə dair,o cümlədən pozulmuş müəlliflik hüquqlarının bərpası, piratçılıq vəplagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatındankeçirilməsi ilə bağlı müraciətləri cavablandırmaq üçün ƏqliMülkiyyət Agentliyində Çağrı Mərkəzi (960) və ictimai əsaslarla“Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Çağrı Mərkəzinə, “Hüquqməsləhətxanası”na, Agentliyin elektron poçtuna və sosial şəbəkəhesablarına daxil olan hər bir müraciətlə bağlı ətraflı araşdırmaaparılır, bununla əlaqədar qanunvericiliyin tələbləri və müraciətdəqeyd edilən məsələnin həlli yolları izah edilir, müəlliflərin,digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin vəmüəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin müraciət vəsorğuları operativ şəkildə cavablandırılır və Agentliyinsəlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.

Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumatverilib.

Qeyd olunub ki, ixtira, faydalı model və sənaye nümunələrininpatentləşdirilməsi və əmtəə nişanı və coğrafi göstəricilərinqeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu prosesini daha daasanlaşdıraraq, Əqli Mülkiyyət Agentliyində Patent və ƏmtəəNişanlarına Açıq Hədəf (PƏNAH) sistemi yaradılıb. 2022-ci il iyunun2-dən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrəiddia sənədlərinin qəbulu təkcə kağız daşıyıcıda deyil, onlaynsistem vasitəsilə də elektron formada həyata keçirilir.

“Açıq reyestr” Əqli Mülkiyyət Agentliyində yaradılan PƏNAHrəqəmli informasiya sistemindən sonra şəffaflığa və əlçatanlığadoğru atılan növbəti addımdır. Hər kəs “Açıq reyestr” vasitəsiləqeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələribarədə məlumat axtarışı apara, patentlərin statusunu öyrənə, patentmüəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldəedə bilir. “Açıq reyestr”ə daxil olmaq üçün Əqli MülkiyyətAgentliyinin rəsmi internet səhifəsinə müraciət etmək lazımdır.İxtiraların və faydalı modellərin referatlarının və düsturlarınınmətnləri ilə isə bu səhifədə tanış olmaq mümkündür.

Müəllif (hüquq sahibi) pozulmuş hüquqlarının bərpasına köməkedilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə yazılı müraciət edəbilər. Bundan sonra müəllifdən (hüquq sahibindən) əsərin və plagiatolması iddia edilən əsərin nüsxələrinin təqdim olunması istənilir,Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticəetibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəyhazırlanaraq hüquq sahibinə təqdim edilir.

Eyni zamanda, plagiata yol verən tərəf Agentliyə dəvət edilir,hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, onamüəllif-hüquq qanunvericiliyinin tələbləri izah olunur. Məsələyəhüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğunməhkəmə qaydasında baxıldıqda Agentliyin nümayəndəsi müstəqil tələbirəli sürməyən üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunaraq,hüquqları pozulmuş müəllif və hüquq sahibinin qanuni maraqlarınımüdafiə edirlər. Agentlik tərəfindən yaradılan bu unikal sistemmüəllif hüquqlarının qorunması ilə pozulmuş hüquqların bərpasıarasında bir körpü, vasitə kimi çıxış edir.

Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədarmübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindənbaşqa iddiaçının tələbi ilə, zərərin ödənilməsi əvəzinə pozuntuyayol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqlarınpozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, zərərinödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 minmanatadək məbləğdə kompensasiya ödənilməsi, hüquq pozuntusununağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərəalınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətininçıxarılması (istehsalı) üçün istifadə edilmiş material vəavadanlıqların müsadirə olunması, pirat nüsxələrin hüquqları pozantərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirəolunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.

Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusunayol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdənvə ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadəzamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etməkhüququ var.

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı cari ilin 5ay ərzində hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə 9 müraciətdaxil olub. Müraciətlərlə bağlı Agentlik tərəfindən müəllif-hüquqqanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparılıb, təqdimedilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb vəzəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib.Agentlik bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bütün zəruritədbirləri həyata keçirib.

İstənilən fiziki və ya hüquqi şəxs əsərin dövlət qeydiyyatınaalınması üçün e-gov.az Elektron Hökumət Portalı vasitəsiləqeydiyyatdan keçirə bilər.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AzərbaycanRespublikası Qanunun (bundan sonra Qanun) 5-ci maddəsinə əsasənmüəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərinqeydiyyata alınması, yaxud hər hansı başqa üsullarlarəsmiləşdirilməsi tələb olunmur. Yəni, qeydiyyataalınıb-alınmamasından asılı olmayaraq Qanunun 14 və 15-cimaddələrində nəzərdə tutulmuş müəllifin şəxsi (qeyri-əmlak) vəəmlak (iqtisadi) hüquqları qanunla mühafizə olunur.

Bununla yanaşı, Agentlikdə dövlət qeydiyyatından keçirilmişəsərin hüquq sahibinə nümunəsi Nazirlər Kabinetinin 38 nömrəliQərarı ilə təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yarananhallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnaməməhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

Qeyd edək ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi1996-cı ildən 2024-cü ilədək Agentlikdə ümumilikdə 16000-dən çoxəsər və əlaqəli hüquqlarının obyektləri qeydiyyatdan keçirilib.Cari ilin ötən dövründə müəlliflik hüququ obyektlərinin dövlətqeydiyyatı üzrə 285 müəllifə (hüquq sahibinə) və hüquqi şəxsəməxsus 384 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib.Onlardan elektron qaydada 254 müəllifin 331 əsəri qeydiyyatdankeçirilib.

Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycanxalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin vədigər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəriermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi vəerməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizəaparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslarasöykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasınıdanılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediadayayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli vəbeynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir.

Seçilən
0
3
az.trend.az

4Mənbələr