AZ

Ali Koç "Qarabağ"ın qonağı olub

"Fənərbaxça"nın prezidenti Ali Koç Azərbaycana səfər edib.

İdman.biz xəbər verir ki, o, "Qarabağ" futbol klubunun qonağı olub.

Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Ali Koçla görüşüblər. Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça klubumuzun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

İdman.biz

Seçilən
44
44
idman.biz

10Mənbələr