AZ

Ruhiyyə Əliyeva Ombudsmanların Beynəlxalq Simpoziumunda İŞTİRAK ETDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

News24.az xəbər verir ki, tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak edirlər.

İştirakçılar arasında Liatris Holdinqin rəhbəri, qadın hüquqlarının qorunması, qadınlara qarşı şiddətin azaldılması məqsədilə dəfələrlə tədbirlər keçirmiş, xüsusi addımlar atmış iş xanımı Ruhiyyə Əliyeva da olub.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil olunacaq.

Seçilən
16
6
news24.az

6Mənbələr