AZ

Hakimlərin vəsiqələrini Məhkəmə-Hüquq Şurası verəcək

BAKI, 18 iyun. TELEQRAF

Hakimlərin xidməti vəsiqələrini Məhkəmə-Hüquq Şurası verəcək.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsini ehtiva edəcək.

Seçilən
3
4
teleqraf.com

10Mənbələr