AZ

İsrail İran Müdafiə Nazirliyini hədəf aldı – Tehranda partlayışlar

İsrail Hərbi Hava Qüvvələri bu gecə İranın Müdafiə Nazirliyinə məxsus obyektə hava zərbələri endirib. Bu barədə məlumatı həm İsrailin yerli KİV-ləri, həm də regional müşahidəçilər yayıb.

KONKRET.az xəbər verir ki, ilkin məlumatlara görə, hücum Tehranın mərkəzinə yaxın ərazidə yerləşən hərbi-sənaye obyektlərinə yönəlib. Partlayış səsləri paytaxtın bir neçə rayonunda eşidilib, hadisə yerindən güclü alov və tüstü müşahidə olunub.

İsrail ordusunun açıqlamasında bildirilir ki, hücumun əsas məqsədi İranın raket istehsalı və nüvə proqramı ilə bağlı infrastrukturunu zəiflətmək olub. Hədəf alınan obyektin nüvə texnologiyalarında istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olduğu iddia olunur.

Məlumatlara əsasən, hücumda 50-dən çox İsrail döyüş təyyarəsi iştirak edib. Zərbələr kəşfiyyat məlumatlarına əsasən dəqiqliklə koordinasiya olunub.

İran hələlik rəsmi şəkildə hadisəni təsdiqləməyib, lakin “Mehr” agentliyi və digər yerli mənbələr müdafiə obyektinə edilən hücumdan sonra fövqəladə tədbirlərin görüldüyünü bildirir. Səlahiyyətli şəxslər hücumun xarici qüvvələr tərəfindən həyata keçirildiyini istisna etmirlər.

Bəzi məlumatlara görə, İranın hava hücumundan müdafiə sistemləri müəyyən PUA-ları və raketləri zərərsizləşdirə bilib, lakin bütün hücumların qarşısını almaq mümkün olmayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr