İsrailin xarici işlər naziri Gideon Saar İsrail-İran münaqişəsi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Saar münaqişənin sona çatması ilə bağlı İranla heç bir danışıqların aparılmadığını deyib.
O qeyd edib ki, İrana hücumlar davam edəcək: “Bilmənizi istəyirəm ki, heç bir danışıqlar yoxdur və biz hədəflərimizə çatana qədər əməliyyat davam edəcək”.