AZ

Konfrans Liqası: “Zirə" və “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən “Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.


Təmsilçilərimizdən "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.

 

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Seçilən
108
26
sfera.az

10Mənbələr