AZ

Kallas: Rusiya uzunmüddətli hücuma hazırlaşır

AB Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın 2025-ci ildə səhiyyə, təhsil və sosial siyasətlərin birləşdiyindən daha çox müdafiəyə xərclədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Kallas 24-25 iyun tarixlərində keçiriləcək NATO sammiti ilə bağlı Avropa Parlamentinin Plenar Sessiyasında çıxış edib.

Rusiyanın Avropa üçün “təhdid yaratdığını” qeyd edən Kallas Moskvanın 2024-cü ildə müdafiəyə bütün AB ölkələrinin birləşdiyindən daha çox pul xərcləyəcəyini bildirib.

Rusiyanın 2025-ci ildə səhiyyə, təhsil və sosial siyasətlərə xərclədiyi xərcdən daha çox müdafiəyə xərcləyəcəyini deyən Kallas: "Bu, uzunmüddətli təcavüz üçün uzunmüddətli bir plandır. Əgər istifadə etməyi planlaşdırmırsınızsa, orduya o qədər pul xərcləməzsiniz" dedi.

Kallas Avropanın "hücum altında" olduğunu, dünyanın hər keçən gün "daha təhlükəli hala gəldiyini" və bu mövzuda birlikdə çalışmaq lazım olduğunu bildirib.

NATO sammitində müdafiə xərclərinin artırılması məsələsinin müzakirə ediləcəyini qeyd edən Kallas AB Komissiyasının sədri Ursula fon der Leyenin üzv ölkələri bu xərcləri artırmağa çağırdığını xatırladıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr