AZ

Almaniyadan İrana təklif: Hələ də gec deyil

İran və İsrail arasında gərginləşən münaqişə fonunda Almaniya Tehrana açıq şəkildə bildirib ki, danışıqlar masasına oturmaq üçün hələ də gec deyil.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

"Biz İranın nüvə proqramı ilə bağlı həll yolu ilə danışıqlara hazırıq. Bununla belə, İran dərhal hərəkətə keçməlidir. Əgər səmimi niyyətiniz varsa, danışıqlar masasına oturmaq heç vaxt gec deyil", - Almaniyanın xarici işlər naziri bildirib.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, Tehran ABŞ-ın İsraillə münaqişəyə istənilən hərbi müdaxiləsinə sərt cavab verəcək və İran xalqı heç vaxt təslim olmayacaq və təslim olmağa razı olmayacaq. O qeyd edib ki, İranın tarixini bilən insanlar heç vaxt onunla təhdid dili ilə danışmaz.

Seçilən
12
3
publika.az

4Mənbələr