İsrail Hərbi Hava Qüvvələrinin Tehranda İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məxsus bunkerə zərbələr endirdiyi iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə kadrlar və məlumatlar bir neçə Telegram kanalında yayılıb.
Hadisə İsrail ilə İran arasında son günlərdə artan qarşıdurmanın fonunda baş verir. Tərəflər arasında həm diplomatik, həm də hərbi müstəvidə gərginlik kəskin şəkildə yüksəlib. İsrail tərəfi bu əməliyyatı “İran təhdidinə qarşı preventiv müdafiə tədbiri” kimi təqdim edir, T
ehran isə hadisəni “müharibə təxribatı” adlandıraraq cavab veriləcəyini bəyan edib.
Beynəlxalq təşkilatlar və bir sıra dövlətlər tərəfləri maksimum təmkin nümayiş etdirməyə və münaqişənin diplomatik yollarla həllinə çağırır.
Aynurə İsmayıl
KONKRET.az