LƏNKƏRAN, 18 iyun. TELEQRAF
Lənkəranda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb.
Teleqrafın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza yerinə dərhal 3 təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.