İran və İsrail arasında gərginləşən münaqişə bütün region ölkələrinin, o cümlədən Azərbaycanın da narahatlığına səbəb olmaqdadır. 40 milyon soydaşımızn yaşadığı Arazın o tayında baş verənlər sözsüz ki, bizi qayğılandırmaya bilməz.
Əslində bu baş verənlər gözlənilən idi. 46 ildir ki, regionda terror və nifrət toxumu yayan İran mollakratiyası, dini teokratik işgəncə üsul-idarəsi çox yaşaya bilməz. Mövcud vəziyyət də İranda ayətulla şovinizminin darmadağın edilməsinə yönəlib.
Əlbəttə biz İran dövlətinin və xalqının ağır fəlakətlərin qurbanı olmasının qətiyyən tərəfdarı deyilik, 80 milyondan çox əhalisi olan, etnik tərkibi rəngarəng və böyük coğrafiyaya malik bu dövlətin bütövlüyü və toxunulmazlığına qarşı cəhdlər yolverilməzdir.
İranda ancaq fars dini rejiminin, zəhərli ictimai təfəkkürün, işgəncə mühiti və şarlatan idaretmə tərzinin dəyişməsi olduqca vacibdir.
46 ildir ki, Xomeyni və Xomneyi dini radikalizminin yetişdirdiyi dövlət təfəkkürü ölkəni dünya sivlizasiyasından, demokratik dəyərlərdən, inkişaf və qlobal inteqrasiyadan təcrid edib.
Mütləq cəhalətizim, mollakratiya buradakı xalqlarla bərabər, başqa ölkələrin vətəndaşlarının da təhlükəsizliyinə, rifahına təhdidə çevrirlib.
İsraili yer üzündən silməyi dövlət strategiyası kimi qəbul edən Tehran teokratizminin zehniyyəti ilə bu dövlət irəli gedə bilməz, məhvə məhkumdur.
Bu dövlət zehniyyəti illərdir ki, Azərbaycana qarşı da yönələrək sarsılmaz yaralar açıb, Ayətullah sülaləsinin hakimiyyətdə olduğu 46 ilin 16 ili sovet dövrünə təsadüf etsə də, böyük bir tarixi mərhələ - 30 illik dövr müstəqil Azərbaycanla münasibətlərlə bağlıdır və təəssüf ki, bu 30 ildə mollakratiya Azərbaycanın suverenliyi və sabiltliyinə qarşı ən çirkin oyunlardan, təxribatlardan əl çəkməyib.
• Enerji sərvətlərinin mədəni olan Xəzərə Mazandaran deməklə Azərbaycanın dəniz suverenliyinə göz dikib, neft yataqlarımızın üzərinə döyüş təyyarələri qaldırıb.
• 30 il ərzində Qarabağdakı sərvətlərimizi ermənilərlə birgə talayıblar.
• 40 milyon türkün çoxəsrlik tarixini saxtalaşdıraraq türk adlarını farslaşdırıb, öz ana dillərində təhsil almasını qadağan edərək milli oyanışın qarşısnı alıblar.
• Azərbaycanlılara aid yer adlarını hətta erməniləşdirməyə imkan yaradılıb.
• Qum, Məşhəd və digər şəhərlərə cəlb etdikləri Azərbaycan vətəndaşlarını xurafata cəlb edərək terrorçu kimi yetişdirməklə dövlət çevrilişinə, müxtəlif qanlı insidentlərə qoşublar.
• “Gərmə-Kərimə” dövləti qurmaq iştəhası altında Azərbaycanın dövlət suverenliyini təhdid ediblər.
• Tehrandakı səfirliyimizin əməkdaşını qətlə yetiriblər.
• “Zəngəzur bizim qırmızı xəttimizdir” deyə işğalçı Ermənistanla ölkəmizə qarşı işbirliyində olublar.
Ona görə də, 46 ildir ki, Ayətulla təfəkkürü ilə xalqları zirzəmi şəraitində saxlayan rejimin mütləq sonu olmalıdır.
Mollakratiyanın daha tez hakimiyyətdən əl çəkməsi İranda yeni demokratik, bütün xalqların azadlıq və bərabərlik şəraitində yaşadığı dövlətə çevrilməsini təmin edə bilər.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor