Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Altıncı gündür İsraillə qanlı müharibə aparan İranın ali dini lideri Xamenei xalq qarşısında çıxış edib.
Turkustan.az xəbər verir ki, İranın Mehr xəbər agentliyinin məlumatına görə , İranın ali dini lideri Ayətullah Əli Xamenei televiziya ilə çıxışında " İsrail çox böyük səhv edib və bunun nəticələrini görəcək. İran öz hava məkanının pozulmasını bağışlamayacaq" deyib.İsrailin böyük səhv etdiyini və cəzalandırılacağını deyən Xamneyi İran xalqının şəhidlərin qanını və öz torpaqlarına hücumunu unutmayacağını bildirib. ABŞ-a müraciət edən Əli Xamenei vurğulayıb ki, onlar bilməlidirlər ki, İran təslim olmayacaq və ABŞ hücuma keçərsə, bunun ciddi və düzəlməz nəticələri olacaq.Xamneyi ABŞ prezidenti Donald Trampın təhdidlərinə toxunaraq, “İranın tarixini bilənlər bilirlər ki, iranlılar bu təhdid dilinə cavab vermirlər”. İranın dini lideri “İran nə sülhü, nə də zorla tətbiq edilən müharibəni qəbul etməyəcək” deyib.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.