AZ

“Zirə” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU

Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan klublarının rəqibləri bəlli olub.

Premyer Liqanın gümüş medalçısı “Zirə” “Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. İkinci görüş səfərdə baş tutacaq.

Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə "Aris"lə (Saloniki, Yunanıstan) üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq./Bizim.Media

Seçilən
22
1
turkustan.az

6Mənbələr