AZ

Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu

"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

MilliYol.az xəbər verir ki, paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" isə "Aris" (Yunanıstan) kollektivi ilə qarşılaşacaq.

"Sabah"ın da UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib. Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, paytaxt təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək. Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də baş tutacaq.

 

Seçilən
14
5
milliyol.az

6Mənbələr