
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, İşçi Qrupunun həmsədri “ASAN xidmət” modelinin intelektual məhsul kimi əhəmiyyəti barədə danışıb və bu modelin Asiya və Sakit Okean hövzəsi ölkələrində dövlət xidmətlərinin təşkili sahəsində bürokratik islahatlar üçün uğurlu həll olaraq tətbiqi imkanlarını müzakirə edib.

Tədbir çərçivəsində “ASAN xidmət” modelinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırıldığı və ən yaxşı təcrübə kimi qiymətləndirildiyi, eyni zamanda bir sıra ölkələrdə uğurlu tətbiq edildiyi vurğulanıb.
AzVision.az