AZ

Gənc futbolçu böyük sevgilisi ilə – Yaş fərqi gündəm yaratdı

Barcelona-nın 17 yaşlı ulduzu Lamin Yamalın 29 yaşlı sosial media fenomeni ilə eşq münasibəti ortaya çıxdı.


Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barcelona” klubunun 17 yaşlı futbolçusu Lamin Yamal ilə 29 yaşlı tanınmış sosial media fenomeni Fati Vaskes (Fati Vázquez) arasında eşq münasibəti olduğu üzə çıxıb. Cütlüyün İtaliyada çəkilmiş tətil fotoları bu münasibəti ortaya çıxarıb.

Həm Yamal, həm də Vaskesin sosial media hesablarında paylaşdıqları şəkillərdəki oxşar əşyalar və arxa fonlar onların eyni məkanda olduqlarını göstərib. Bu da izləyicilər və media tərəfindən münasibətin aşkarlanmasına səbəb olub.

İspan mənbələrinin iddiasına görə, cütlük bir müddətdir bu münasibəti gizli saxlayırdı. Lakin yayılan fotolardakı detallara əsasən, bir çox insan onların birlikdə səyahət etdiyinə inanmağa başlayıb. Xüsusilə ikilinin birlikdə jet ski sürdüyü anlar, yayılan şayiələrin doğruluğunu təsdiqləyib. Paylaşımlar sosial şəbəkə istifadəçiləri tərəfindən tez bir zamanda yayılıb və geniş marağa səbəb olub.

Seçilən
14
manset.az

1Mənbələr