Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Moderator.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionunun rəqibi qazaxıstanlı Marat Baykamurov olub.
Qarşılaşmadan qalib ayrılan Kotsoyev adını 1/4 finala yazdırıb. Rəqib isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Rusiyanın əslən erməni cüdoçusu Arman Adamyan olacaq.
14:46
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Moderator.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu 1/16 finalda italiyalı Cennaro Pirelli ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, növbəti görüşündə qazaxıstanlı Marat Baykamurovu sınağa çəkəcək.