AZ

ETX adından saxta fişinq e-poçtlar göndərilir - XƏBƏRDARLIQ

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlərzamanı bəzi istifadəçilərə və müəssisələrə qurumun adındangöndərilmiş kimi təqdim olunan saxta e-poçtların daxil olduğumüəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Bildirilib ki, həmin e-poçtlarda “Yaxın Şərq bölgəsindəkibertəhlükələrin artması” ilə bağlı xəbərdarlıq edilir vəistifadəçilərə sistemin təhlükəsizlik yenilənməsi adı altında“DOWNLOAD” düyməsi vasitəsilə zərərli fayl yükləmək təklifolunur.

Vizual baxımdan rəsmi üslubda tərtib olunan bu e-poçtlar fişinqhücumu xarakteri daşıyır və istifadəçiləri aldadaraq zərərliproqram təminatını cihazlarına yükləməyə sövq edir.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç birhalda e-poçt vasitəsilə proqram təminatı və ya təhlükəsizlikyenilənməsi göndərilmir.

Xidmət vətəndaşlara və qurumlara müraciət edərək şübhəlie-poçtlara qarşı diqqətli olmağı, mesajların tərkibindəki keçidlərəklikləməməyi və əlavə edilmiş faylları yükləməməyi, həmçininməlumatları yalnız rəsmi mənbələrdən əldə etməyi tövsiyə edir. Beləhallarla qarşılaşan şəxslərdən 1654 qaynar xətti və [email protected]elektron poçt ünvanı vasitəsilə məlumat vermələri xahiş olunur.

Seçilən
9
10
az.trend.az

10Mənbələr