“Football-plus.az” xəbər verir ki, almaniyalı həmkarımnız Yulian Bers “Nürnberq”in futbolçuyla yolları ayırmaqla ciddi səhvə yol verdiyini bildirib. O, əvvəlcə hücumçunun 2024/25 mövsümündəki göstəricilərindən bəhs edib:
“Mahir “Nürnberq”lə bundan daha yaxşı vidalaşa bilməzdi. O, son 6 oyunda 7 qol vurmaqla ayrılıq xəbərini daha təsirli etdi. Təəssüf ki, hücumçunun performansındakı yüksəliş klub rəhbərliyinin qərarını dəyişməsiylə nəticələnmədi. Baş məşqçi Miroslav Kloze məsələni absurd cavabla qapadı: “Qərar çoxdan verilib. Geri çəkilməyəcəyik”.
Niyə? Qərarın dəyişməsi mümkün idi. Hər halda, Mahir burdan müsbət fikirlərlə ayrıldı. “Nürnberq”i dadlı torta bənzətdi, ailəsinin şəhəri, stadionu, azarkeşləri, ümumi ab-havanı sevdiyini dedi. İndi klub Emrelini kimlə əvəz edəcəyi haqda düşünür. İdman baxımından Mahir kimi daha bir hücumçu tapmaq çox çətin olacaq. O, 2024/25 mövsümündə 2-ci bundesliqanın ən yaxşı ötürmə edən hücumçusu idi (dəqiqlik: 83 faiz). Hücumçu təkcə öz ampluasına görə yox, həm də “Nürnberq”in müdafiə xəttində də parlaq çıxış etdi. Mahir bu göstəricidə də bütün “Nürnberq” hücumçularından daha yaxşı idi. Kloze özü dəfələrlə hücumçunun rəqibin dərinliklərinə nüfuz etmək bacarıqlarından bəhs edib. Emreli həm də 33 km/saat sürətlə qaçmaqla sürət rekordu qırdı. Odu ki, “Nürnberq”in Mahirlə vidalaşmaqla çox ciddi səhvə yol verdiyini deyə bilərik. Yenə də Klozenin və klubun idman direktoru Yoti Çatzialexiounun qərarına etibar etməyə məcburuq. Bəlkə də Mahirlə bağlanılacaq yeni müqavilə komandanın məvacib balansına zərbə vuracaqdı”.

KƏNAN BAHADIR