AZ

Azərbaycanın sənaye zonalarına indiyədək yatırılmış investisiyaların həcmi məlum olub (FOTO)

Bakı. Trend:

Azərbaycanda sənaye zonaları üzrə indiyədək ümumi investisiyahəcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident vəya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənayezonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min600-dən artıq daimi iş yeri yaradılıb.

Trendİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafıAgentliyinə istinadən xəbər verir ki, bu barədə Sumqayıt KimyaSənaye Parkına səfər edən Türkiyənin bir sıra media qurumlarınınnümayəndələrinə məlumat verilib.

Türkiyəli media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ötənmüddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsulsatışı həyata keçirilib, bunun 5,2 milyard manatlıq hissəsi ixracedilib.

Onlara Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzarmühiti, sənaye zonaları, burada investorlar üçün yaradılanimkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye parkıolan Sumqayıt Kimya Sənaye Parkı kimya, neft-kimya, maşınqayırma,tikinti materialları, metallurgiya və s. istiqamətlər üzrəfəaliyyət göstərir. Ərazisi 613 hektar olan sənaye parkındarəqabətqabiliyyətli məhsulların istehsalı və emalı həyatakeçirilir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişafetdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb.Sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təminedilirlər. Bundan başqa, sənaye parkının rezidentləri qeydiyyataalındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlirvergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrükrüsumlarından tam azad olunurlar.

"Parkda ümumi investisiyalarının həcmi təqribən 6 milyardmanatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusuverilib ki, onlardan da 26-sı artıq fəaliyyət göstərir. İndiyədəkParkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyardmanatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt KimyaSənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eynidövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb.Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkdaistehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir", - deyəməlumatda qeyd edilib.

Media mənsubları Sumqayıt Kimya Sənaye Parkında görülmüşişlərlə, o cümlədən, “Kartaş Kimya” və “Sika” MMC-lərin istehsalmüəssisələrinin fəaliyyəti ilə tanış olublar. Türkiyəli mediatəmsilçilərinin sənaye zonaları ilə bağlı suallarıcavablandırılıb.

Azərbaycanın
Seçilən
15
6
az.trend.az

7Mənbələr