Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
Tribunainfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Təmsilçimiz “Sabah”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Bakı təmsilçisi “Selye” səddini keçəcəyi təqdirdə, AEK – “Partizan” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk oyun Bakıda keçiriləcək.