AZ

Qəzaya uğrayan təyyarənin pilotunun səs yazıları yayıldı

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinə aid qəzadan öncəki səs yazıları ictimaiyyətə təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, təyyarənin pilotu Sumeet Sabharval havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra idarəetmə qülləsinə mesaj ötürüb:

“Mayday, mayday, mayday. Güc itkisi yaşıyırıq. Yüksələ bilmirik”.

Yardımçı pilot Klayv Kunder isə uçuş sistemlərini bərpa etməyə çalışsa da, cəhdlər nəticəsiz qalıb. Təyyarə 190-200 metr yüksəkliyə çatdıqdan sonra sürətlə yerə çırpılıb.

Seçilən
72
publika.az

1Mənbələr