ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol almış mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanmışdı.
Həmin vaxt videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında məsələni diqqətdə saxlayacaqlarını bildirdilər. Eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulamışdılar. Hətta Xalq artisti Rasim Balayev "Ceyhun Mirzəyevin qızı şair olub, gözəl şeirləri vardı. Ceyhun həmişə onun şeirlərindən danışardı. Belə istedadlı və eyni zamanda imkanlı bir gənc küçələrdə qala bilməz. Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır. Onu belə qoya bilmərik, mütləq bir tədbir görülməlidir. Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmək lazımdır. Onlar qızı daha tez tapacaq", deyə bildirmişdi.
Aradan bir aya yaxın vaxt keçir, amma hələ də Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevadan bir məlumat yoxdur.
Azərbaycan Kinematoqrafçılar İttifaqınının katibi Əlisa Cabbarov Qaynarinfo-ya açıqlamasında sözügedən məsələni diqqətdə saxladıqlarını deyib:
"Azərbaycan Kinematoqrafçılar İttifaqınının sədri Rasim Balayev Cəmalə Mirzəyeva ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə müraciət məktubu ünvanlayıb. Amma hələ müraciətə cavab almamışıq".
Xatırladaq ki, bir müddət öncə "Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev canlı efirdə məşhur aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yaymışdı. Aparıcı aktyorun qızına müəyyən insanların kömək etmək istədiklərini bildirib, amma Cəmalə Mirzəyeva bunların hər birindən imtina edib.
Bahar Rüstəmli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.