AZ

Zaxarova: Rusiya İsrail–İran münaqişəsində vasitəçilik təklif etməyə hazırdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya İsrail ilə İran arasında yaranmış münaqişənin həlli üçün vasitəçilik səyləri göstərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Zaxarovanın sözlərinə görə, iki ölkə arasında hələ də sülh yolu ilə nizamlanma və diplomatik imkanlar mövcuddur.

“Rusiya münaqişələrdə vasitəçi kimi iştirak edərkən, siyasi və diplomatik yolla nəticə əldə olunmasına yönəlik fəaliyyət göstərir”, – deyə o qeyd edib.

Zaxarova əlavə edib ki, İsrail və İran arasında hərbi qarşıdurma təkcə eskalasiyaya deyil, həm də region və dünya üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, İranın atom obyektlərinə malik olmaq hüququ var və bu obyektlərə qarşı zərbələr qlobal miqyasda təhlükə yaradır.

Seçilən
2
nocomment.az

1Mənbələr