Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Hər cür neqativə, hər cür ssenariyə qarşı hazırlıq görmüşük və görürük”.
Ölkə.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail qarşıdurmasından danışarkən deyib.
“İsrailin İrana qarşı törətdiyi terror hücumları yaxından izləyirik. Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıqdır. Millətimiz arxayın olsun”,- deyə o əlavə edib.
Ərdoğan Türkiyənin dünyanın ən böyük ölkələrindən biri olduğunu deyərək, sözlərinə davam edib:
"Biz ərzaq mağazası işlətmirik, dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Cümhuriyyətini idarə edirik. Türkiyə Cümhuriyyəti dövlətlər arasında bir dövlət deyil. Heç kim bizi başqaları ilə müqayisə etməsin. Kimsə bizi test etməyə, səbrimizi sınamağa çalışmasın”.
Billurə Yunus
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.