AZ

Bakıda bu ərazilərdə binalar söküləcək - ÜNVANLAR

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün elan olunmuş tenderin qalibi müəyyənləşib.

Nazirliyin qurumu 2 milyon manatlıq məsləhət xidməti aldı - DETALLAR

FED.az xəbər verir ki, tenderi “Archico Project” MMC şirkəti qazanıb. Şirkətlə bağlanacaq müqavilənin dəyəri 7.717,2 manat təşkil edir.

Layihə çərçivəsində söküntü sənədlərinin hazırlanacağı ünvanlar bunlardır:
– Ağa Nemətulla küçəsi, ev 13
– Dəmiryol küçəsi, ev 19

Hər iki ünvan üzrə istismar müddəti başa çatmış binalar üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Layihə üçün əvvəlcədən ehtimal olunan qiymət 16.146,49 manat idi. Qalib şirkət isə bu işləri 7.717,2 manata həyata keçirməyi öhdəsinə götürüb. Bu isə ilkin ehtimal olunan məbləğdən 8.429,29 manat və ya təxminən 52,2% daha ucuz təklif deməkdir.

Seçilən
10
fed.az

1Mənbələr