Azərbaycanı 2025/2026-cı illər mövsümündə Avropa Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” daha 4 futbolçu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 4 futbolçu ilə müddəti başa çatmış müqavilə yeniləməyib. Söhbət Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benni) və Miço Kuzmanoviçdən gedir. Klub rəhbrəliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləmişdi. Bar Kohen, Ba-Muaka Simakalanı transfer etmiş Naxçıvan klubu Vadim Abdullayevlə də yollarını ayırmışdı.