AZ

PUTİNDƏN İSRAİLƏ SƏRT XƏBƏRDARLIQ: "Səbrimiz tükənir" - "Dünya nüvə fəlakətinə sürüklənir"

Rusiya İsrailin İrandakı nüvə obyektlərinə hücumlarını sərt şəkildə pisləyib. O, bu hücuma heç bir əsas olmadığını deyib və Tel-Əvivi sağlam düşünməyə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putin hücuma dəstək verən ölkələri də qınayıb.

Məlumata görə, o, İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının daha böyük fəlakətə yol açacağına işarə vurub: "Dünya nüvə fəlakətinə sürüklənir. Bizim isə səbrimiz tükənmək üzrədir...".

Rusiya Xarici İşlər Nazirliyi isə 6 gündür davam edən müharibə ilə bağlı bəyan edib ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyi davam edir: "Tehranın danışıqlar prosesi ilə bağlı açıq mövqeyinə göz yummaq olmaz. Buna baxmayaraq, İsrailin nüvə obyektlərinə hücumlarını anlamaq mümkün deyil. Bu hərəkətlər beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir".

XİN bəyanatında Putin kimi, İsrailin hücumlarının dünyanı nüvə fəlakətinin astanasına gətirdiyini deyib: "İranın nüvə obyektləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətindədir. İsrail bunu bilə-bilə hücum etməklə sağlam çağırışlara qulağını tıxayıb. Bu isə səbrin sərhədlərini sınamaq deməkdir"

Firudin Səfərli
MİA.AZ

Seçilən
2
2
mia.az

3Mənbələr