AZ

Mənə fəxri ad versələr, özümü təhqir edilmiş hesab edərəm

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adların ləğv ediləcəyini açıqlayıb. Sabiq nazir mətbuata müsahibəsində bildirib ki, bir vaxt gələcək, fəxri adlar ləğv olunacaq:

"Onlar Sovet dövründən qalıb. Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi. O vaxt ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, adlar saxlanılsın. Şou-biznesdə onlarla istedadlı insanlar var ki, tanınırlar, toylara çağırılırlar, pul qazanırlar və heç bu ad haqqında düşünmürlər də".

Şou-biznesdə tanınan və fəxri ad siyahılarından kənarda qalan müğənnilərdən biri də Nadir Qafarzadədir.

Kult.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında 55 yaşının olduğunu xatırladıb:

"Bu yaşdan sonra nə fəxri ad? Bir ayağım gordadır, biri də bayırdan asılı vəziyyətdə. Bundan sonra fəxri adı neynirəm? Həmin ad bundan sonra mənim nəyimə lazımdır?".

Nadir Qafarzadənin sözlərinə görə, ona bu yaşa kimi heç kimdən, hansısa qurumdan fəxri adın verilməsi ilə bağlı təklif edilməyib:

"Bu günə kimi bir adam demədi ki, sənə də ad vermək istəyirik, nə deyirsən və s. Bundan sonra veriləcək olsa da, artıq mənə lazım deyil. Gecdir. Hətta bundan sonra eşitsəm ki, mənə ad verilib, oturub gülərəm. Özümü təhqir edilmiş hesab edərəm".

Seçilən
1
9
axar.az

10Mənbələr