AZ

İsrail İranın kriptovalyuta xəzinəsini vurdu

“Attacker Sparrow” (“Gonjeshke Darande”) adlı İsrail haker qrupu İran rejiminin iqtisadi sanksiyalardan yan keçmək üçün istifadə etdiyi kriptovalyuta xəzinəsini hədəfə alıb. 

İranın 1,8 milyard dollarlıq kripto aktivindən yalnız 100 milyon dolları qalıb.

"Cebheinfo.az" xəbər verir ki, qrup çərşənbə günü yaydığı bəyanatda deyilir: 

"Bu kriptovalyuta xəzinəsi İranın sanksiyalardan yan keçmək və terrorizmi dəstəkləmək üçün istifadə etdiyi resurslardan ibarətdir". 

İrandan götürülən kriptovalyuta xəzinəsinin harada istifadə ediləcəyi maraq doğurur. Hakerlər 24 saat ərzində kriptovalyuta şirkəti “Nobitex”-in mənbə kodunu və daxili yazışmalarını da dərc edəcəklərini açıqlayıblar. “Nobitex”-in İran rejiminə yardım edən bir qurum olduğu iddia olunur. 

Seçilən
6
6
cebheinfo.az

9Mənbələr